Xəbər lenti

Türk mütəxəssis:
İdman 11:57 04.07.2025

Türk mütəxəssis: "AFFA-nın Santuşa 3 milyon verməsi günah deyilmi?"

"AFFA heç bir şeyi dəyişə bilməyib və bilməz! Bu iş strategiya yazdırmaqla olmaz. İcraat önəmlidir". 

Qaynarinfo xəbər verir ki, bunu Teleqraf-a "Qəbələ" Futbol Akademiyasının sabiq baş məşqçisi Halim Fıçıcı deyib.

"Elə stadionlar var ki, meydançası, paltardəyişmə otağı, sanitar qovşağı pis vəziyyətdədir. Biz bunu Bayıl stadionunda görmüşdük. Amma sonradan orada hər şey yoluna qoyuldu. Yəni, vəsait ağılla sərf olunduqda çox gözəl şeylər ortaya çıxa bilər. Amma bu ağılla nələrinsə ediləcəyinə inanmıram. Fernandu Santuşun Azərbaycan millisində nə işi var? Ona nə qədər pul verirlər?", deyə o, qeyd edib.

AFFA-nın Santuşa 3 milyon avro maaş verməsi barədə danışan Fıçıcı deyib: "Bu qədər maaş vermək günah deyilmi? Bu pula bir akademiya yaşatmaq olar".

"Əslində danışılacaq çox məsələ var. Azərbaycan futbolunun o qədər problemini bilirəm ki... O dönəmlərdə iynə ucu qədər yerlərə gedib çıxdım. Futbolu Qəbələdə yayğınlaşdırmağa çalışdıq. İndi o rayonda futbol sevilir. Uşaqlar futbol oynamağa çalışırlar. Halbuki əvvəllər bu, heç yox idi. Yəni, nə isə yarada bildik. Amma yaratmaq çox çətin, öldürmək isə çox asandır. Onlar öldürmək istəyirlər. Üzüldüyüm məsələ budur. Yəqin ki, Nail qardaşım da buna çox üzülür. Çünki oralarda biz çox əziyyətlər çəkmişdik", deyə mütəxəssis əlavə edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->