Məşhurlar ən bahalı kosmetik məhsullara və peşəkar məsləhətlərə çıxış imkanına malikdirlər, lakin onların uzunmüddətli gözəlliyini təmin edən əsas amil gündəlik qayğı və davamlı vərdişlərdir.
Qaynarinfo xəbər verir ki, "Parade" nəşri 50 yaşdan yuxarı tanınmış qadınların parlaq dəriyə sahib olmasını təmin edən altı axşam ritualını təqdim edib. Maraqlısı budur ki, bu metodlar hər kəs üçün əlçatandır.
1. Təmizləyici köpük yerinə yağ
55 yaşlı aktrisa Mini Drayver üzünü təmizləyici köpüklə deyil, xüsusi yağla yumağa üstünlük verir. Onun sözlərinə görə, yağ makiyajı və çirkləri dərini qurutmadan yumşaq şəkildə təmizləyir. 59 yaşlı müğənni Şanaya Tveyn isə yatmazdan əvvəl üzünü zeytun yağı və şəkər qarışığı ilə təmizləyir.
2. Kakaoya əsaslanan bədən baxımı
Mini Drayver yeniyetməlik dövründən bəri kakao yağı istifadə etdiyini deyir. Bu yağı topuqlar, dirsəklər və dizlər kimi quruluğa meyilli nahiyələrə çəkir. Dərin nəmləndirmə və günəş yanıqlarına qarşı təsiri onu vazkeçilməz edir.
3. Yatmazdan əvvəl texnologiyadan uzaq durmaq
56 yaşlı aktrisa Cennifer Eniston yatmazdan bir saat əvvəl elektron cihazları söndürməyə çalışır. Bu ona rahatlamağa və yuxuya hazırlaşmağa kömək edir. Həmçinin sadə dartınma hərəkətləri və yoqa ilə məşğul olur. Onun sözlərinə görə, ekranlardan uzaq qalmaq keyfiyyətli istirahətin açarıdır.
4. Aromatik vannalarla axşam rahatlığı
Stres və kortizol səviyyəsi dərinin elastikliyinə və sağlamlığına mənfi təsir edə bilər. Buna görə də 71 yaşlı Oprah Uinfri və 52 yaşlı Qvinet Peltrov axşam rutinlərinə aromatik yağlarla isti vanna qəbulunu daxil edirlər. Bu vərdiş həm sinir sistemini sakitləşdirir, həm də dərinin vəziyyətinə müsbət təsir göstərir.
5. Üz üçün yumşaq parça
Demi Mur makiyajı silmək üçün xüsusi yumşaq parçalardan istifadə edir. Onun sözlərinə görə, bu parça ən davamlı makiyajı belə zərif şəkildə təmizləyir. Həmçinin bu materiallar həssas dəri üçün uyğundur və dəfələrlə istifadə edilə bildiyindən ekoloji baxımdan da üstünlük təşkil edir.
6. Sərin temperaturda yatmaq
50 yaşlı aktrisa Dryu Berrimor gecə tərləməsindən əziyyət çəkdiyini bildirib. O, bu problemi sərin saxlayan yorğanlarla həll edib. Bu qədər rahat olub ki, qızları belə onun yorğanını götürməyə başlayıb və nəticədə o, onlara ayrıca dəstlər almağa məcbur olub.
Aydın
Şərhlər