Xəbər lenti

Günel Natiqin yeni kitabı nəşr olundu – İmza günü
Ölkə 10:55 22.04.2025

Günel Natiqin yeni kitabı nəşr olundu – İmza günü

Yazıçı Günel Natiqin "Gözəl günlər naminə" adlı kitabı nəşr olunub. 

Qaynarinfo xəbər verir ki, kitabda müəllifin son illərdə qələmə aldığı povest və hekayələr toplanıb. Əsərlərdə insan ruhunun dərinliklərinə enən yazıçı, oxucunu yalqızlıq, mənəvi böhranlar və daxili ziddiyyətlərlə üz-üzə qoyur. Günel Natiqin yaratdığı obrazlar həyatiliyi və inandırıcılığı ilə seçilir, bu da oxucunu insan psixologiyasını daha dərindən dərk etməyə sövq edir.

Kitabın imza günü 26 aprel 2025-ci il tarixində, saat 14:00-da "Qanun" nəşriyyatında baş tutacaq. Ədəbiyyatsevərlər, yazıçının dostları və oxucular tədbirə dəvətlidir. Giriş sərbəstdir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->