Xəbər lenti

Restoranda xidmətdən narazı qaldı, ofisiant tərəfindən döyüldü
Ölkə 12:34 22.04.2025

Restoranda xidmətdən narazı qaldı, ofisiant tərəfindən döyüldü

Biləsuvar rayonunda yerləşən "Zirvə" restoranında müştərini döyən ofisianta hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, F.R. dostları ilə birgə adıçəkilən restorana yeyib-içməyə gedib. Göstərilən xidmətdən narazı qalan F.R. restoran rəhbərliyinə şikayət edib və dostları ilə birlikdə məkanı tərk etmək istəyib.

Onlara xidmət göstərən, 1993-cü il təvəllüdlü ofisant O.D. isə F.R.-yə restoran rəhbərliyinə niyə şikayət etdiyini irad tutub. Ardınca onun üz nahiyəsinə başı və əli ilə zərbələr endirib. Hadisə "Zirvə" restoranının həyətində baş verib və nəticədə F.R. xəsarət alıb.

Məhkəmənin qərarı ilə O.D. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə ilə cəzalandırılıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->