Xəbər lenti

Dünyanın ən sürətli internetə sahib ilk 10 şəhəri açıqlandı (SİYAHI)
Texnologiya 15:45 21.07.2025

Dünyanın ən sürətli internetə sahib ilk 10 şəhəri açıqlandı (SİYAHI)

Əgər internetdə gəzinərkən sürət həzzini doyunca yaşamaq istəyirsinizsə, bu 10 şəhərdən birində internetə qoşulmağa çalışın. 

HİT.az xəbər verir ki, artıq son illərdə qlobal miqyasda orta internet sürətlərinin artması ilə 4K HDR formatında məzmun izləmək və ya veb-saytlara ani çıxış əldə etmək lüks yox, zərurətə çevrilib.

Bu kontekstdə internet sürətlərini analiz edən "Ookla" şirkətinin "Speedtest Global Index" məlumatlarına əsasən, 2025-ci ilin ortalarına olan statistikaya görə sabit genişzolaqlı (fiber/kabel/DSL) internet üzrə dünyada ən yüksək orta yükləmə sürətinə sahib böyük şəhərlər aşağıdakı kimi sıralanır:

1. Lion, Fransa – 347,52 Mbps
2. Əbu-Dabi, BƏƏ – 344,34 Mbps
3. Valparaiso, Çili – 330,57 Mbps
4. Pekin, Çin – 303,44 Mbps
5. Şanxay, Çin – 303,15 Mbps
6. Buxarest, Rumıniya – 303,07 Mbps
7. Los-Anceles, ABŞ – 293,53 Mbps
8. Nyu-York, ABŞ – 289,56 Mbps
9. Yeni Taypey, Tayvan – 288,57 Mbps
10. Banqkok, Tailand – 276,14 Mbps

Ən son məlumatlara əsasən, sabit genişzolaqlı internet üçün qlobal orta yükləmə və yükləmə (upload) sürətləri müvafiq olaraq 103,09 Mbps və 56,75 Mbps təşkil edir. Mobil internet sürətləri isə daha aşağıdır: mobil genişzolaqlı internet üzrə qlobal orta yükləmə sürəti 91,79 Mbps, yükləmə sürəti isə cəmi 13,50 Mbps-dir.

Paşa Məmmədli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->