Xəbər lenti

Qeyri-adi təbiət hadisəsi: Argentinadakı bu ada üzür (VİDEO)
Video 21:31 21.07.2025

Qeyri-adi təbiət hadisəsi: Argentinadakı bu ada üzür (VİDEO)

Buenos-Ayres şəhərinin şimalındakı Parana deltası ərazisində yerləşən El Ojo (Göz) adlı ada demək olar ki, mükəmməl dairəvi forması və su səthində sərbəst şəkildə hərəkət etməsi ilə diqqət çəkir. Təbii şəraitdə öz-özünə formalaşmış bu nadir geoloji quruluş, dünyada çox az rast gəlinən təbiət hadisələrindən biridir.

Qaynarinfo xəbər verir ki, Parana deltası içərisində yerləşən bu qeyri-adi ada, ətrafındakı göldə öz oxu ətrafında dönən bir quruluşa malikdir. Yerli əhali tərəfindən El Ojo adlandırılan bu ada, həm forması, həm də dinamik xüsusiyyətləri ilə alimlərin və sənətkarların marağına səbəb olub.

Təbiətin mükəmməl simmetriyası

Təxminən 118 metr diametrində olan El Ojo bir-birinə dolaşmış köklər, bitkilər və yüngül orqanik maddələrdən ibarət quruluşu sayəsində suyun səthində sərbəst şəkildə üzə bilir. Heç bir sabit nöqtəyə bağlı olmayan bu ada, gölün kənarlarına toxuna-toxuna döndükcə, ətrafındakı su hövzəsinin forması da tədricən mükəmməl dairəyə çevrilir. Bu təbiət hadisəsi, donmuş çaylarda müşahidə olunan dönen buz disklərinə bənzər bir proses kimi izah edilir.

2016-cı ildə sənədli film çəkilişləri üçün bölgəyə gələn argentinalı rejissor Serxio Neuspiller, ilk dəfə bu formalaşmanı peyk görüntülərində aşkar etdi. Zor təbii şəraitə baxmayaraq, o və komandası bu qəribə formaya yaxınlaşmaq üçün uzun və yorucu bir səfərə çıxıblar.


Neuspiller o anları belə xatırlayır:

"Günəşin altında saatlarla yeridik. Başım partlayırdı, çox güman ki, günvurma keçirmişdim. Lakin gölə çatanda qarşımızda duran mənzərə heyrətamiz idi. Su kənardan qara görünürdü, amma əslində tamamilə şəffaf idi. Delta bölgəsi üçün bu, olduqca nadir bir haldır".

Yalnız Argentinaya məxsus deyil

El Ojo kimi yüzen adalara yalnız Argentinada deyil, Braziliyanın Amazon bölgələrində də rast gəlinir. Burada bu formalaşmalar "matupa" adı ilə tanınır. Yerli əhalinin mifologiyasında bu üzən adalar böyük yer tutur. İnanclara görə, bu adalar əfsanəvi "cobra grande” – "Böyük anakonda” adlı nəhəng ilanla əlaqəlidir. Bəziləri bu nəhəng canlının adaların içində yaşadığına, bəziləri isə həmin adaların məhz onun tərəfindən yaradıldığına inanır.

2015-ci ildə yayımlanan elmi araşdırma, yerli icmaların "matupa”ların quruluşu və funksiyaları haqqında olduqca ətraflı məlumata sahib olduğunu göstərmişdi. Rəsmi elmi mənbələrdə bu tip üzən adalar barədə az sayda məlumat olsa da, yerli xalqların nəsildən-nəslə ötürdüyü biliklər, bu təbiət hadisələrinin ekoloji rolu barədə dəyərli ipucları təqdim edir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->