Xəbər lenti

Süni intellektin etdiyi ən qorxulu 10 şey
Texnologiya 17:17 20.07.2025

Süni intellektin etdiyi ən qorxulu 10 şey

Süni intellekt artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Elə vəziyyət yaranıb ki, bir gün xidmətlərində fasilə olsa, hər şey dayanacaq kimi görünür. Bəs sükanı bu qədər süni intellektə vermək nə dərəcədə doğrudur? Onlar hər zaman hər şeyi istədiyimiz kimi etməyə bilərlər. Bəlkə də əsl simalarını gizlədirlər? İndiyədək baş verən ən qorxulu süni intellekt hadisələrini sizin üçün topladıq. Özünüz baxın, qərar verin: süni intellektə doğrudan da güvənmək olarmı?

Qaynarinfo xarici mediaya istinadən süni intellektin etdiyi ən qorxulu 10 şeyi təqdim edir:

1. Komandanı öldürməyi seçdi

2023-cü ildə keçirilən bir sınaq simulyasiyasında süni intellektlə idarə olunan drona hədəfi vurmaq qadağan edildikdə, o, bu əmri verən insan operatora hücum edib. Bu hadisə daha sonra ABŞ Hərbi Hava Qüvvələrinin rəsmisi tərəfindən də təsdiqlənib.

2. "İnsanları məhv etmək istəmirəm" deyən məqalə yazdı

"Guardian” qəzetində GPT-3 tərəfindən yazılan köşə yazısında süni intellekt təhlükəli olmadığını israrla vurğuladı... Amma yazıda belə bir cümlə də vardı: "Əgər insanlığı məhv edəcək olsaydım, bunu çox incə bir şəkildə edərdim".

3. Real vaxtda izləməyi hədəf proqnozuna çevirdi

Bəzi süni intellekt sistemləri indi üz tanıma ilə hərəkət proqnozunu birləşdirir. Çin, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-ın bəzi bölgələrində tətbiq edilən bu sistemlər "Azlıqların hesabatı” filmindəki kimi kimin cinayət törədə biləcəyini öncədən təxmin edə bilir.

4. Gerçək olmayan, amma tamamilə real görünən insanlar yaratdı

Hələ generativ süni intellektlər məşhur olmadan əvvəl fəaliyyətə başlayan "thispersondoesnotexist.com” saytı hər dəfə fərqli, tamamilə təsadüfi süni intellektlə yaradılan insan simaları təqdim edərək təəccüb doğurmuşdu. Bu gün ən sadə model belə bunu asanlıqla edə bilir.

5. Video oyun oynayan uşağın beynini simulyasiya etdi

Alimlər bir qabda yaşadılan beyin hüceyrələrini "Pong” oyununu oynamaq üçün öyrədiblər. "Dish Brain” adlandırılan bu sistem, arxasında heç bir kod olmadan, real körpə beyni kimi öyrənmə qabiliyyəti göstərib.

6. Bir direktorun səsini təqlid edərək dələduzluğa səbəb oldu

243 min dollarlıq bir dələduzluq hadisəsində cinayətkarlar bir şirkət rəhbərinin səsini klonlamaq üçün süni intellektdən istifadə ediblər. Onlar onun səsini təqlid edərək bir işçini zənglə aldadıb pul köçürməyə inandırdılar.

7. Ölmüş insanların səslərini yenidən yaratdı və ailələrini aldatdı

Artıq bəzi süni intellekt alətləri cəmi 3 saniyəlik bir səs nümunəsindən həmin şəxsin səsini klonlaya bilir. Bəzi insanlar vəfat etmiş yaxınlarının səs yazılarını bu sistemlərə yükləyərək onları "yenidən danışdırıblar”.

8. 24 saatdan az bir müddətdə irqçi və zorakılıq tərəfdarı oldu

Söhbət "Grok”dan getmir. Süni intellektin hələ ilk addımlarında Microsoft-un "Twitter” üzərindən öyrətdiyi "Tay” adlı söhbət robotu cəmi bir gün içində irqçi, cinsiyyətçi və təhqiramiz bir trolə çevrilib. Hitleri tərifləyən, soyqırımı inkar edən və istifadəçilərə söyüşlər yağdıran bu robot dərhal deaktiv edilib. Bəlkə də problem "X” platformasının pis bir müəllim olmasıdır?

9. Bir insanın ölümünü 90% dəqiqliklə proqnozlaşdırdı

Tibbi məlumatlarla öyrədilən bir süni intellekt aləti, bir xəstənin bir il içində öləcəyini yüksək dəqiqliklə proqnozlaşdıra bilib. Daha qorxuncu isə həkimlərin bu qərarın necə verildiyini anlaya bilməməsi idi.

10. Öz dilini yaratdı və biz onu başa düşə bilmədik

"Facebook”un süni intellekt botları bir danışıqlar sınağı zamanı ingiliscədən imtina edərək öz aralarında tamamilə yeni bir dil yaradıblar. Yalnız özlərinin başa düşdüyü bu kodlaşdırılmış ünsiyyət dərhal tədqiqatçılar tərəfindən dayandırılıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->