Seks ticarətində ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteyn rusiyalı bric oyunçusu Mila Antonova ilə münasibətdə olduğu üçün Miscosoft-un qurucusu Bill Qeytsi şantaj etməyə çalışıb.
Qaynarinfo xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) məlumat
yayıb.
Mila Antonovanın LinkedIn profilində verilən məlumata görə, o, 2000-2005-ci illərdə Rusiyada universitetdə təhsil alıb. Daha sonra qadın ABŞ-da bric klubu yaradıb, daha sonra proqram mühəndisi kimi işləməyə başlayıb. 2010-cu ildə YouTube-da Antonovanın Bill Geytslə bric turnirində görüşündən və onların birgə oyunu haqqında danışdığı bir video yayımlanıb.
WSJ-nin məlumatına görə, Mila Antonova bric məktəbi açmağı planlaşdırırdı və layihəni maliyyələşdirə biləcək şəxsləri axtarırdı. WSJ tərəfindən əldə edilən sənədlərə görə, Antonova BridgePlanet adlı məktəb üçün 500.000 dollar lazım idi. O zaman Geytsin müşaviri olan Boris Nikoliç qadını Ceffri Epşteynlə tanış edib. 2013-cü ilin noyabrında onlar görüşüb layihənin detallarını müzakirə ediblər. Lakin sonradan Ceffri Epşteyn məktəbə investisiya qoymaqdan imtina edib.
Mila Antonovanın dediyinə görə, BridgePlanet üçün maliyyə ala bilməyəndən sonra o, proqramçı olmaq qərarına gəlib və dostlarından təhsili üçün borc pul istəyib. Ceffri Epşteyn qadını dəstəkləməyə razı olub. "Səbəbini soruşanda o, zəngin olduğunu və bacardıqca insanlara kömək etmək istədiyini söylədi”, - Antonova WSJ-yə deyib.
Qəzetin həmsöhbətləri iddia edirlər ki, 2017-ci ildə Cefri Epşteyn Bill Geytsə məktub göndərib və orada Microsoft-un yaradıcısından Mila Antonovanın təhsil haqqını ona qaytarmasını istəyib. WSJ mənbələrinə görə, məbləğ "əhəmiyyətsiz" idi, lakin Ceffri Epşteyn keçmişdə Geyts və Antonova arasında gizli münasibətdən xəbərdar olduğunu qeyd edib və bu məlumatı ictimailəşdirməklə hədələyib.
WSJ-nin məlumatına görə, Ceffri Epşteyn Bill Geytsi JPMorgan ilə çoxmilyardlıq xeyriyyə fondunun yaradılmasında iştirak etməyə razı sala bilmədikdən sonra ondan pul tələb edib. Ceffri Epşteyn, JPMorgan və Microsoft-un qurucusu arasında bir neçə il davam edən danışıqlar nəticəsiz qalıb.
Xatırladaq ki, Ceffri Epşteyn 2019-cu ilin iyulunda həbs edilib. O, seks alveri, azyaşlıları seksə cəlb etmə, fahişəliyin təşkili, şahidlərə rüşvət vermə və digər cinayətlərdə ittiham olunub. Bir ay sonra, məhkəməni gözləmədən, Ceffri Epşteyn həbsxana kamerasında intihar edib.
Nizami Bağırov
Şərhlər