Xəbər lenti

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişmədi
İdman 09:07 18.07.2025

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişmədi

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.

"Report" xəbər verir ki, bu həftə ölkə reytinqinə 0,125 əmsal əlavə olunub.

Bu, UEFA Avropa Liqasının I təsnifat mərhələsində baş tutan "Sele" (Sloveniya) - "Sabah" matçından (3:3) sonra reallaşıb. Paytaxt klubu heç-heçə nəticəsində ölkə reytinqinə 0,125 əmsal əlavə edib.

Hazırda Azərbaycan 17.250 əmsalla 29-cu pillədədir. 28-ci pillədə Ukrayna (17,975), 30-cu sırada isə Bolqarıstan (16,500) qərarlaşıb.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (94.839) başçılıq edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->