Xəbər lenti

Azərbaycan millisinin Avropa Kubokundakı rəqibləri bəlli oldu
İdman 22:10 17.07.2025

Azərbaycan millisinin Avropa Kubokundakı rəqibləri bəlli oldu

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Avropa Kubokundakı rəqibləri bəlli olub.

Qaynarinfo Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda B qrupunda Fransa və Ukrayna yığmaları ilə qarşılaşacaq.

Millinin qrupda ilk oyunu sentyabrın 5-də Bakı vaxtı ilə saat 13:55-də Fransa seçməsinə, ikinci oyunu isə 20:25-də Ukrayna yığmasına qarşı baş tutacaq.

Qeyd edək ki, Avropa Kuboku 5–7 sentyabr aralığında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->