Xəbər lenti

Azercell-in kibermaarifləndirmə təşəbbüsü davam edir (FOTO/VİDEO)
Video 13:38 09.07.2025

Azercell-in kibermaarifləndirmə təşəbbüsü davam edir (FOTO/VİDEO)

"Azercell” və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində keçirilən "Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı” növbəti mərhələsini uğurla tamamlayıb. 

Qaynarinfo xəbər verir ki, layihə bu dəfə Lənkəran, Masallı və Sumqayıt şəhərlərini əhatə edib.

Təlimlər çərçivəsində ümumilikdə 150-dən çox məktəbli kiberməkanda qarşılaşa biləcəkləri risklər, təhlükəli halların qarşısının alınması yolları və təhlükəsiz rəqəmsal davranış qaydaları barədə biliklər əldə edib.
Ətraflı

Sessiyalar beynəlxalq standartlara əsaslanan proqram çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ekspertləri tərəfindən keçirilib. Təlimlər zamanı şagirdlərə şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə təhlükəsizlik qaydaları, onlayn fırıldaqçılıq və kiberbullinq halları ilə mübarizə yolları haqqında praktiki biliklər təqdim olunub. Real nümunələr əsasında keçirilən interaktiv məşğələlər isə iştirakçıların kibermühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşmasına töhfə verib.

Təlimlər haqqında ətraflı məlumat almaq üçün:
 
Qeyd edək ki, layihənin ilkin mərhələsində Xızı, Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edən təlimlərdə 226 şagird iştirak etmişdi. Beləliklə, "Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı” ümumilikdə 7 regionda 350-ə yaxın məktəblinin kibertəhlükəsizlik sahəsində maariflənməsinə xidmət edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->