Beynəlxalq World Weather Attribution elmi qrupu tərəfindən aparılan qiymətləndirmə göstərir ki, iyun sonu - iyul əvvəlində Avropanı bürüyən isti dalğa, qlobal istiləşmənin təsiri səbəbilə əhəmiyyətli dərəcədə artmış ölüm sayına səbəb ola bilər.
Qaynarinfo "The New York Times"a istinadən xəbər verir ki, tədqiqatçılar ilk dəfə isti dalğa zamanı iqlim dəyişikliyinin ölüm nisbətinə təsirini öyrənmək üçün operativ təhlil aparıblar. Onlar nəticəyə gəliblər ki, əgər qlobal istiləşmə olmasaydı, ölənlərin sayı indikindən üç dəfə az olardı.
Rəsmi ölüm statistikası bir neçə ay sonra açıqlanacağı üçün alimlər temperatur və ölümlə tarixi məlumatlara əsaslanıblar. Təhlil 23 iyun - 2 iyul arasında hər birində ən isti 5 günlük dövr seçilən 12 Avropa şəhərini əhatə edib.
Tədqiqatçıların qiymətləndirməsinə görə, isti səbəbilən təxminən 2300 ölümdən təxminən 1500-ü birbaşa iqlim dəyişikliyi ilə əlaqələndirilir. Qlobal istiləşmə olmaması şəraitində isə ölümlərin sayı təxminən 770 olardı. Bu məlumatlar bütün Avropanın tam təsvirini vermir - yalnız seçilmiş şəhərlərə aiddir, qitədəki ümumi ölüm sayı isə xeyli yüksəkdir.
Məlum olduğu kimi, iqlim dəyişikliyi artıq planetin orta temperaturunu sənayedən əvvəlki dövrlə müqayisədə təxminən 1.3°C artırıb. Eyni zamanda, 2025-ci ildə Avropa şəhərlərində isti, iqlim dəyişikliyi olmasaydı ola biləcək istidən 2-4 dərəcə yüksək olub. Bu, isti dalğanı nəinki daha intensiv, həm də sağlamlıq üçün daha təhlükəli edib.
Tədqiqatın həmmüəllifi Haris Konstantinudis izah edib: "Belə isti dalğaları tez-tez 'sessiz qatillər' adlandırırlar. Ölümlərin əksəriyyəti evdə və ya xəstəxanalarda baş verir və diqqətdən kənarda qalır".
Məhdudiyyətlərə baxmayaraq, tədqiqat iqlim dəyişikliyinin təşkil etdiyi təhlükənin miqyası barədə anlayış verir.
Aydın
Şərhlər