Qrafik prosessorların istehsalçısı olan "Nvidia"nın bazar kapitallaşması 4 trilyon dollar həddini keçib.
Qaynarinfo xəbər verir ki, "Nvidia" bu göstəriciyə çatan tarixdə ilk şirkət olub.
Bakı vaxtı ilə saat 17:43-ə olan məlumata əsasən, şirkətin səhmlərinin qiyməti 2,33% artaraq bir səhm üçün 163,73 dollara yüksəlib.
Bundan bir neçə dəqiqə əvvəl qiymət tarixi maksimum səviyyəyə - 164 dollara çatıb. Bu göstərici əsasında "Nvidia"nın kapitalizasiyası 4,002 trilyon dollar təşkil edib.
8 iyun tarixində məlum olub ki, şirkət təxminən 100 ədəd süni intellekt (Al) üçün ixtisaslaşdırılmış məlumat mərkəzlərinin yaradılması üzrə iddialı layihəyə start verib. Bu obyektlərə "Al fabrikləri" adı verilib. "Nvidia"nın baş direktoru Censen Xuana bu təşəbbüsü 50 illik perspektivə hesablanmış və qlobal Al infrastrukturunu əsaslı şəkildə dəyişdirməyi hədəfləyən uzunmüddətli layihə adlandırıb.
Aydın
Şərhlər