Xəbər lenti

Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
Ekonomiks 11:37 09.07.2025

Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək

Qoşasu, Seyidlər, Bülövlü kiçik su elektrik stansiyalarının (KSES) tikintisinə sərf olunacaq vəsaitin həcmi müəyyənləşib.

"AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla bağlı müvafiq işlərə başlayıb.

ASC hazırda KSES-ləri inşa edəcək şirkət axtarışındadır.

KSES-lərin tikintisinin 55 167 900 manata başa gələcəyini ehtimal edilir.

Qeyd edək ki, kiçik su elektrik stansiyaları (KSES) suyun axın enerjisindən istifadə edərək elektrik enerjisi istehsal edən, adətən 1–10 meqavat (MW) gücə malik olan kiçik həcmli elektrik stansiyalarıdır.//Trend

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->