Xəbər lenti

Azərbaycan komandası “TECHNOFEST-2025”də birinci yer tutdu
Ölkə 21:10 03.05.2025

Azərbaycan komandası “TECHNOFEST-2025”də birinci yer tutdu

Şimali Kipr Respublikasında keçirilən "TECHNOFEST-2025”də Azərbaycanl təmsil edən "Qızıl Qaya" komandası birinci yerə layiq görülüb.

"Report”un Şimali Kiprə ezam olunmuş müxbiri xəbər verir ki, Azərbaycan komandasına mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.

"Qızıl qaya" komandası turizm kateqoriyasında birinci yeri tutub.

Qeyd edək ki, 11-ci "TECHNOFEST-2025” festivalı mayın 4-dək davam edəcək. Festival ŞKTC Prezident administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) tərəfindən dəstəklənir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->