Amerikalı məşhur aktrisa və "Dostlar" serialının ulduzu Cennifer Enistonun yeni münasibətə başladığı ehtimal olunur.
Qaynarinfo xəbər verir ki, ötən il aktrisanın plastik cərrahla eşq yaşadığı barədə söz-söhbətlər yayılmışdı. Həmin vaxt məlumatlı şəxslər bildirirdilər ki, Enistona sinə gərmə əməliyyatı edən məhz bu cərrah olub və bunun ardından onların arasında ünsiyyət yaranıb. Lakin indi aktrisanı başqa bir kişi ilə birlikdə görüblər.
"Daily Mail" nəşrinin məlumatına görə, Eniston hazırda şəxsi inkişaf üzrə məşqçi Cim Kertislə birlikdə Mayorkada istirahət edir.
"Eniston Kertislə səfər zamanı xoşbəxt və rahat görünürdü. Kertis özünü transformasiya məşqçisi və hipnoterapevt adlandırır", deyə xarici KİV yazır.
Hazırda tərəflər münasibətdə olub-olmadıqları ilə bağlı rəsmi açıqlama verməyiblər.
Cim Kertis haqqında nə məlumdur?
Cim Kertisin 53 yaşı var, yəni aktrisadan üç yaş kiçikdir. O, özünü hipnorealist və transformasiya məşqçisi kimi təqdim edir və insanlara "keçmişdən azad olmaqda" yardım etdiyini bildirir. Kertis sosial şəbəkədə mütəmadi olaraq motivasiyaedici sitatlar, meditasiya təlimləri və afirmasiyalar paylaşır.
Qeyd edək ki, Eniston artıq iki ildir "Instagram"da onu izləyir. Məsələn, 2023-cü ildə aktrisa onun təkliyin əvəzinə dərin əlaqələrin əhəmiyyətindən bəhs edən paylaşımını bəyənmiş və kitabını tövsiyə etmişdi.
Aydın
Şərhlər