Xəbər lenti

Almaniya Çini hərbi təyyarəsinə qarşı lazer hücumunda ittiham etdi
Dünya 22:19 08.07.2025

Almaniya Çini hərbi təyyarəsinə qarşı lazer hücumunda ittiham etdi

Almaniya Xarici İşlər Nazirliyi Çin səfirini Berlində çağıraraq Çin Xalq Respublikasını Almaniyaya məxsus hərbi təyyarəyə qarşı lazer silahından istifadə etməkdə ittiham edib. Hadisə Avropa İttifaqının "Aspides” əməliyyatı çərçivəsində Qırmızı dəniz üzərində baş verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” məlumat yayıb.

"Almaniya heyətinə yönəlmiş təhlükə və əməliyyatın pozulması tamamilə qəbuledilməzdir”, – ölkənin XİN mətbuat xidmətindən bildirilib.

Nəşrin qeyd etdiyinə görə, Avropa rəsmiləri dəfələrlə Çinin əsas dəniz yolları da daxil olmaqla, kritik infrastruktur üzərində artan təsiri ilə bağlı narahatlıq ifadə ediblər.

"The Guardian” həmçinin xatırladır ki, "Aspides” – qədim gürcü dilində "qalxanlar” mənasını verən bu ad – Qırmızı dənizdə gəmilərin təhlükəsizliyini qorumaq məqsədilə Aİ tərəfindən başladılmış müdafiə yönümlü dəniz təhlükəsizliyi əməliyyatıdır.

Məlumata görə, Almaniya hərbçiləri "Aspides” əməliyyatında 2024-cü ilin fevralından iştirak edir. Almaniya parlamentinin verdiyi mandat çərçivəsində bu əməliyyatda maksimum 700 nəfər hərbi personal cəlb oluna bilər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->