Xəbər lenti

Pərviz Qasımov “AFB Bank”ın İdarə Heyətinin Müşaviri təyin edildi
Ölkə 12:01 01.05.2025

Pərviz Qasımov “AFB Bank”ın İdarə Heyətinin Müşaviri təyin edildi

O, 2001-ci ildə Azərbaycan Maliyyə İqtisad Kollecində "Bank işi” ixtisası üzrə, 2008-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində "İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə təhsilini tamamlamışdır.

2007-ci ildən bank sektorunda fəaliyyət göstərən Pərviz Qasımov, bank məhsullarının yaradılması, inkişafı, satışların təşkili və müştəri loyallıq proqramlarının qurulması sahələrində geniş təcrübəyə malikdir. O, "Bank of Baku” ASC-də mütəxəssis kimi başladığı karyerasında uğurla irəliləyərək Məhsul və müştəri idarəetməsi departamentinin direktoru səviyyəsinə qədər yüksəlmiş, bu müddət ərzində məhsul və proseslərin idarə edilməsi ilə bağlı müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.
 
Ardınca "Kapital Bank” ASC-də Pərakəndə satış departamentinin Rəqəmsal satışlar şöbəsinin rəisi, "ABB Bank”da isə Pərakəndə seqment sahəsinin baş məhsulu sahibi və məhsul rəhbəri vəzifələrində fəaliyyət göstərmişdir.

"AFB Bank” ASC, Pərviz Qasımovun yeni vəzifəsində bankın strateji hədəflərinə çatmasına və inkişafına mühüm töhfə verəcəyinə inanır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->