Bir çox insan münasibətlərin "keçid mərhələsində” ilişib qaldığını yalnız əlaqə dağılmağa başlayanda anlayır.
Qaynarinfo xəbər verir ki, amerikalı psixoloq Mark Trevers bununla bağlı "Forbes" üçün yazdığı məqaləsində partnyorun ayrılmaq istədiyini göstərən 2 incə, lakin mühüm əlaməti qeyd edib.
"Bəzən ürək bədəndən əvvəl gedir”
Treversin sözlərinə görə, emosional uzaqlaşma adətən dramatik bir vida ilə deyil, yavaş-yavaş baş verir və bu proses çox zaman gözdən qaçırılır. O bildirir ki, emosional uzaqlaşma həmişə sevgini itirməklə əlaqəli deyil:
"Çox zaman bu, əsəblərin daimi yüklənmə, məyusluq və yorğunluğa qarşı qoruyucu reaksiyasıdır. İnsanlar bu ‘keçid vəziyyətində’ ilişib qaldıqlarını, münasibətlər dağılmağa başlamayana qədər anlamırlar”.
Psixoloq aşağıdakı iki əlaməti partnyorun ayrılığa hazırlaşdığını göstərən əsas göstəricilər kimi təqdim edir:
1. Ünsiyyət yalnız gündəlik mövzularla məhdudlaşır
Əgər söhbətlər yalnız gündəlik, məişət məsələlərinə yönəlirsə və artıq duyğusal yaxınlıq yoxdursa, bu, əlaqədə ciddi uzaqlaşmanın əlamətidir. "Couple and Relationship Therapy" jurnalında dərc edilmiş araşdırmaya görə, emosional yaxınlıq "etibar" kimi qəbul edilir – insanın öz iç dünyasını bölüşə bilməsi anlamına gəlir. Əgər bu hiss yoxa çıxıbsa, münasibət sadəcə "funksional” görünə bilər, amma mahiyyət etibarilə boşalır.
2. Reaksiyasızlıq – hətta reaksiya gözlənilən anlarda belə
Əgər partnyor artıq mübahisə etmir, ağlamır və ya heç nəyi dəyişmək istəmir, bu da onun emosional olaraq münasibətdən çıxmağa başladığını göstərə bilər. "Sanki içimdə heç nə qalmayıb” kimi ifadələr və ya bənzər davranışlar bu prosesin əlamətidir. 2018-ci ildə aparılmış bir tədqiqat sübut edib ki, mübahisə zamanı hisslərini bilərəkdən bastıran tərəf, qarşı tərəfdə fizioloji gərginliyin artmasına səbəb olur. Emosiyaların basdırılması problemi həll etmir, əksinə, onu dərinləşdirir.
Trevers qeyd edir ki, emosional ayrılma – əlaqənin yavaş-yavaş silinməsi deməkdir. Əgər bu proses vaxtında başa düşülərsə, məsafənin uçuruma çevrilməsinin qarşısı alına bilər.
Xatırladaq ki, daha əvvəl psixoloqlar sevgini və münasibətləri yalnız bir bacarıqla necə xilas etməyin mümkün olduğunu da açıqlamışdılar.
Aydın
Şərhlər