Sahələrə aparılmış arı ailələri tələf olub.
Hadisə Masallının Sığıncaq kəndində baş verib.
Astaranın Miki kənd sakini Təcib Rüstəmov bildirib ki, 35 arı ailəsindən daha keyfiyyətli bal əldə etmək üçün müvəqqəti olaraq Sığıncaq kəndindəki örüş sahəsinə gətirib. Bir neçə gün öncə isə ona təsərrüfatındakı arı ailələrinə zəhərli maddə ilə müdaxilə olunduğu və bütün arıların bir gecədə tələf olduğu deyilib.
Analoji hadisə kənd sakini Səid Əhmədovun həyətindəki arı təsərrüfatında da baş verib. Burada isə təxminən 40 arı ailəsi məhv olub. Onların iddiasına görə, bu, qəsdən edilib.
Hadisə ilə bağlı polisə məlumat verilib. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları əraziyə gələrək laborator analizlər üçün nümunələr götürüblər. Faktla bağlı araşdırmalar aparılır.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Şərhlər