Xəbər lenti

Goranboyda piyadanı vuran sürücü Gəncədə sükan arxasında öldü
Ölkə 23:49 14.07.2025

Goranboyda piyadanı vuran sürücü Gəncədə sükan arxasında öldü

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan "Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı kişini vurub. Ağır xəsarət alan piyada təcili tibbi yardım məqsədilə Gəncə şəhərinə aparılıb.

Lakin yaralını xəstəxanaya aparan sürücü yolda Gəncə şəhərində sükan arxasında ürəktutmadan ölüb. Ağır xəsarət alan piyada da xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır, hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->