Xəbər lenti

Əczaçılıq məhsulları üzrə xərclərin kəskin artmasının səbəbi nədir? - Tibbi ekspert
Dünya 14:27 09.07.2025

Əczaçılıq məhsulları üzrə xərclərin kəskin artmasının səbəbi nədir? - Tibbi ekspert

"Bu, qlobal prosesdir, tək Azərbaycanla bağlı məsələ deyil. Pandemiya dövründən başlayaraq dünya bazarında bütün xammal satıçıları qiymətləri qaldırdılar”.

Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert Müşfiq Hüseynov əczaçılıq məhsulları üzrə xərclərin kəskin artmasının səbəblərini izah edərkən deyib. Ekspert ən böyük səbəbi logistik xidmətlərin qiymətinin bir neçə dəfə artması ilə əlaqələndirib:

"İkincisi, xammal bazarında baş verən 2-3 qat bahalaşma idi. Bu tendensiya dünyanın hər yerində var. Tendensiya 2024-ci ilin son 6 ayına kimi davam edib. Niyə? Əsas səbəb husilərlə İsrail arasında olan Qırmızı dənzdəki gərginlik idi. Çünkü gəmi daşımaları çox bahalaşdığından konteynerlərin daşınma xərci də artdı. Gəmilər daha uzun yol qət etdiyindən qiymətləri birdən-birə 5-10 min dollara qədər qaldıra bildilər. Bu da yenidən xammalın qiymətinə təsir elədi. Təcili daşınmalarda isə təyyarədən istifadə etsək fantastik qiymətlə üz-üzə gəlirik”. 
 


Müşfiq Hüseynov hazırda dərmanların qiymətlərinin Avropa, Amerikada da qalxdığını xatırladıb:

"Bəzən sual verirlər ki, bəs Türkiyədə niyə qiymətlər qalxmır? Çünki Türkiyədə dövlət bu işə datasiya verir. Yəni, qarşılığını ödəyir, bu səbəbdən də qiymətlər qalxmır. Əsas səbəb logistik xidmətlər və xammalın alış dəyərinin qalxmasıdır”.

Ekspertin sözlərinə görə, əvvəllər xammal 2 dollara başa gəlirdisə, indi bu rəqəm 2, 3, yaxud 5 dollar olub:

"Buna görə qiymət artımı doğaldır. İlk 5 ayda Azərbaycanda baş verən 598 milyonluq fərqə gəlincə, bunun da ana səbəbi yuxarıda sadaladığımdır. Azərbaycan idxaldan asılı bir ölkədir. Burada demək olar ki, heç nə istehsal olunmur. 98% idxaldan asılıyıq. Bu da o deməkdir ki, Azərbaycanda valyutanın dəyəri artmadığına görə, ancaq ölkəyə girişin qiyməti qalxıb. Qiymətin qalxmasının Azərbaycanla əlaqəsi yoxdur”.

Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov əczaçılıq məhsulları üzrə xərclərin kəskin artdığını bildirib. O deyib ki, bu xərclər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18.2 faiz artaraq, 598 milyon manatdan çox olub:

"2025-ci ilin ilk 5 ayında pərakəndə ticarət dövriyyəsi 3.8 faiz artaraq 23 milyard 341 milyon manat olub. Bu, məhz həmin məbləğdə mal və xidmətlərin istehlakçılara satılması anlamına gəlir. Pərakəndə ticarət dövriyyəsinin strukturunda diqqət çəkən əsas məqamlardan biri əczaçılıq məhsulları və tibb ləvazimatlarına çəkilən xərclərdir”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->