Dubay hökumətinin "Digital Dubai” təşkilatı tarixdə ilk dəfə olaraq süni intellekt əsasında yaradılmış virtual "əmirlik ailəsi” layihəsinə start verib.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Dubay Media Ofisi yayıb.
Yeni təşəbbüs interaktiv təhsil və oyun platforması formasında hazırlanıb və Dubay sakinlərinə şəhərdə mövcud olan rəqəmsal xidmətləri asan və əyləncəli şəkildə izah etməyi hədəfləyir.
Layihənin ilk mərhələsində ənənəvi ərəbdəb stilində geyinmiş qız obrazı yaradılıb. Hazırda onun adı ilə bağlı ictimai səsvermə keçirilir - namizədlər: "Dubai”, "Mira” və "Latifa”.
Gələcəkdə ailənin digər üzvlərinin – ata, ana, qardaş və s. – də virtual obrazlarının yaradılması planlaşdırılır.
Dubay Media Ofisinin məlumatına görə, bu təşəbbüs şəhərin qabaqcıl rəqəmsal xidmətlərinə dair ictimai məlumatlılığı artırmaq və "rəqəmsal həyat” konsepsiyasını interaktiv şəkildə təşviq etmək məqsədi daşıyır.
Aydın
Şərhlər