Çimərliklərdə avtoxuliqanlıq edənləri nə gözləyir? (VİDEO)
Çimərliklərdə avtoxuliqanlıq edilir..
Yay istirahət mövsümündə bəzi çimərlik ərazilərində təhlükə yaşanır. Bəzi sürücülər nəqliyyat vasitələrilə insanların dincəldiyi sahələrə daxil olaraq həm qaydaları pozur, həm də onların həyat və sağlamlığını riskə atır. Hətta, dənizə avtomobillə daxil olanlar da var..
Dənizkənarı obyektlərdən birinin sahibi bildirir ki, polis əməkdaşlarının keçirdiyi reydlər nəticəsində bəzi ərazilərdə bu halların qarşısı alınıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi idarəsindən bildirildi ki həmin şəxslərə qarşı mütəmadi tədbirlər görülür. Onlar aşkar edildiyi təqdirdə məsuliyyətə cəlb edilir.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər