Xəbər lenti

BMT-nin hakimi həmyerlisini qul kimi saxlayıb - 6 il həbs
Dünya 10:35 03.05.2025

BMT-nin hakimi həmyerlisini qul kimi saxlayıb - 6 il həbs

Oksford Kroun Məhkəməsi BMT-nin hakimi Lidiya Muqambeni həmyerlisini öz qulluqçusu olmağa və uşaqlarına baxmağa məcbur etdiyinə görə 6 il 4 ay həbs cəzasına məhkum edib. 

Qaynarinfo xəbər verir ki, Uqanda Ali Məhkəməsinin də hakimi olan Muqambe dünən keçirilən məhkəmə prosesində peşman olmadığını bildirib və günahı zərərçəkmişin üzərinə atmağa çalışıb.

"The Guardian" xəbər verir ki, 50 yaşlı Muqambe Böyük Britaniyanın immiqrasiya qanununu pozmaqda, istismar məqsədi ilə səyahət təşkil etməkdə, məcburi əmək və şahidi qorxutmağa cəhddə ittiham olunub. O, Oksford Universitetində hüquq üzrə doktoranturada oxuyarkən həmyerlisinin azadlığını məhdudlaşdırıb.

Adı açıqlanmayan qurban təhlükəsizliyindən qorxduğu üçün Uqandaya qayıda bilməyəcəyini bildirib. O, anasını bir daha görməyəcəyini deyib. Qurbana öz ölkəsində təqib olunacağından əsaslandırılmış qorxusu səbəbilə Böyük Britaniyada sığınacaq verilib.

Prosesdə hakimin vəkili Paul Raudnitz onun "parlaq hüquq karyerası"ndan danışıb. O, Muqambenin böyük ictimai dəstəyə sahib olduğunu da diqqətə çatdırıb - iclasdan əvvəl məhkəmə binasının qarşısında əllərində lövhələr tutan kiçik bir qrup insan "Lidiya Muqambeyə ədalət" şüarları səsləndirib. Hakim ona hökm çıxararkən bunu "çox kədərli bir iş" adlandırıb. Hakim Muqambenin hüquqi nailiyyətlərini, o cümlədən insan hüquqları sahəsində fəaliyyətini qeyd edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->