"Söhbət ondan gedir ki, Putin Zelenskini sevsəydi, heç müharibəyə başlamazdı və bu qədər qan tökülməzdi".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı ABŞ prezidenti Donald Trampın jurnalistin "Putinin niyə Zelenski ilə görüşmək istəmir" sualına verdiyi cavabı şərh edərkən deyib.
"Tramp yəqin ki, həmin fikri zarafat olaraq deməyib, tam olaraq düz deyib. Ümumiyyətlə, Putinin Zelenski ilə görüşmək fikri yoxdur. Açıq aydın şəkildə bəllidir ki, bu baş verməyəcək", deyə Elçin Şıxlı bildirib.
Ekspertin fikrincə, ola da bilər ki, Tramp jurnalisti yola vermək üçün sualı məhz bu cür cavablandırıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp jurnalistlərdən birinin "Putin niyə Zelenski ilə görüşmək istəmir" sualına cavabında Rusiya lideri Vladimir Putinin Ukrayna prezidenti Volodimir Zelenskini sevmədiyi üçün onunla görüşmək istəmədiyini deyib.
Tramp hesab edir ki, Putin Zelenskiyə mənfi münasibət bəsləyir: "Mənim xoşuma gəlməyən insanlar var. Onlarla görüşməyi xoşlamıram. Bəzən də bəyənmədiyim insanlarla görüşməyi xoşlayıram".
Rüfət Sultan
Şərhlər