Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayına komandir əvəzi təyin edilib.
Qaynarinfo-nun məlumatına görə, müvafiq əmrlə sözügedən vəzifə Vüqar Novruzova tapşırılıb.
Vüqar Novruzov həmçinin Penitensiar Xidmətinin Mühafizə Alayının Qərargah rəisidir.
Qeyd edək ki, bu ilin avqust ayının 6-da Penitensiar Xidmətin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib və xəstəxanada vəfat edib.
Aydın
Rauf Əsədov
Şərhlər