Xəbər lenti

Çin ABŞ-ı vura biləcək silahları paradda nümayiş etdirməyi planlaşdırır -
Dünya 15:36 26.08.2025

Çin ABŞ-ı vura biləcək silahları paradda nümayiş etdirməyi planlaşdırır - "Bloomberg"

Çin 3 sentyabrda keçiriləcək hərbi paradda ən yeni gəmi əleyhinə raketlərini, döyüş pilotsuz aparatlarını və nüvə başlığı daşıya bilən ballistik raketlərini nümayiş etdirməyə hazırlaşır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazır.

Hazırlıqların aparıldığını 9 avqustda Airbus peykindən çəkilən görüntülər təsdiqləyir. Fotolarda zirehli texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları, buraxılış qurğuları və qanadlı raketlər görünür. Bu məlumatı Vyanada yerləşən Open Nuclear Network analitikləri aşkar ediblər.

Agentliyin məlumatına görə, nümayiş həm Çinin hərbi nailiyyətlərini göstərmək, həm də potensial silah alıcılarını cəlb etmək məqsədi daşıyır.

Open Nuclear Network-in aparıcı analitiki Tyanran Syu qeyd edib ki, Çin ordusunun yeni silahları hipersəs texnologiyaları da daxil olmaqla qabaqcıl sistemləri özündə birləşdirir. Bu silahlar ABŞ Hərbi Dəniz Qüvvələrinin Qərbi Sakit okeandakı müdafiəsini zəiflətmək məqsədilə hazırlanıb:

"Çox az ölkə bütün mümkün kateqoriyaları əhatə edən bu qədər gəmiə leyhinə raket hazırlayıb”, deyə Syu bildirib.

Onun sözlərinə görə, yüksək dəqiqlikli zərbələrə və hücum-müdafiə yönümlü PUA-lara xüsusi diqqət yetirilməsi, Çinin "yüksək texnoloji, intensiv müharibədə qələbə qazanmaq” məqsədini göstərir.

Paradda II Dünya müharibəsinin başa çatmasının 80 illiyi qeyd olunacaq və bu tədbir Çin rəhbəri Si Szinpin üçün mühüm əhəmiyyət daşıyır.

Bundan əvvəl məlumat verilmişdi ki, Çin ABŞ-ın Raider helikopterinə bənzəyən yeni yüksək sürətli helikopter hazırlayıb. Onun görüntüləri TikTok şəbəkəsində yayılmışdı.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->