Xəbər lenti

Ukrayna polkovnikini azərbaycanlı ər-arvad öldürüb? - SBU-nun əməliyyatı (FOTO)
Dünya 22:32 13.07.2025

Ukrayna polkovnikini azərbaycanlı ər-arvad öldürüb? - SBU-nun əməliyyatı (FOTO)

Ukrayna mediası və sosial şəbəkələrin Ukrayna seqmentində böyük rezonans doğuran qalmaqallı iddialar yayılıb: əfsanəvi Ukrayna kəşfiyyat polkovniki, SBU-nun yüksək vəzifəli zabiti İvan Voroniçin Kiyevdə qətlə yetirilməsində Azərbaycan pasportlu ər-arvad cütlüyünün iştirak etdiyi bildirilir.

Ukrayna mənbələrinin məlumatına görə, bu cinayət Rusiyanın xüsusi xidmət orqanlarının — FSB-nin sifarişi ilə həyata keçirilib. İddialara görə, qatil cütlük — Xəqani Gülalizadə və Nərmin Quliyeva — əslində Rusiyada fəaliyyət göstərən cinayətkar qruplarla sıx əlaqələri olan şəxslərdir və onlar Rusiyanın "birdəfəlik istifadə edilən” agentləri kimi hərəkət ediblər.

Məlumatlara əsasən, Nərmin Quliyeva 15 may tarixində Moldova ilə sərhəddəki Mayaki-Udobne keçid məntəqəsindən Ukraynaya daxil olub. Ərinin — Xəqani Gülalizadənin isə 27 fevral 2025-ci ildə eyni sərhəd məntəqəsindən keçmək cəhdi Ukrayna sərhədçiləri tərəfindən rəsmən rədd edilib. Çünki o, Ukrayna hüquq-mühafizə orqanlarının bazasında mafiyaya bağlı şəxs kimi qeydiyyatda olub və 2030-cu ilə qədər ölkəyə girişinə qadağa qoyulub. Buna baxmayaraq, Gülalizadənin sonradan qanunsuz yollarla Ukrayna ərazisinə daxil ola bilib.

Polkovnik Voroniçin hədəfə alınması


İvan Voroniç SBU-nun (Ukrayna Təhlükəsizlik Xidməti) 2015-ci ildə yaradılmış və müvəqqəti işğal olunmuş ərazilərdə diversiya əməliyyatlarını həyata keçirən 5-ci əks-kəşfiyyat idarəsinin rəhbərlərindən biri olub. O, onlarla rus komandanını sıradan çıxarmaqla məşhurlaşıb və Rusiyanın ən böyük düşmənlərindən biri hesab edilirdi. Son illərdə başqa bir SBU bölməsində çalışsa da, görünür, Rusiya üçün o, hələ də "qara siyahıda” idi.

Voroniç bu xidmətlərinə görə Ukraynanın ən yüksək dövlət ordenləri ilə təltif edilmişdi. Amma məsələnin qəribə tərəfi bu idi ki, polkovnik rəsmi qeydiyyatda olduğu mənzildə yaşayırmış. Belə bir adamı digər ünvanda yerləşdirmək Ukrayna kəşfiyyatınln ağlına gəlməyib. Bu səbəbədən də rus agentləri bu ünvanı asanlıqla tapıb, binanın girişinə müşahidə kameraları yerləşdirərək, cinayəti diqqətlə planlaşdırıblar.

SBU-nun cavab əməliyyatı: "Azərbaycan pasportlu qatillər" məhv edildi

 
İlkin məlumatlara görə, Rusiya xüsusi xidmətləri bu cütlüyü yalnız bu əməliyyat üçün "kirayələyib”. Tapşırıq icra edildikdən sonra isə onları aradan qaldırmaq qərarı verilib. Ukrayna xüsusi xidmət orqanlarının yayılan informasiyalarına əsasən, Xəqani Gülalizadə və Nərmin Quliyeva cinayət izləri ilə birlikdə məhv ediliblər və artıq "külələri belə tapılmır”.

Bu barədə yayılan foto və pasport məlumatları da sosial şəbəkələrdə sürətlə dövr edir. Amma bütün bunların nə qədər həqiqət olub-olmadığı yaxın günlərdə daha dəqiq bəlli olacaq.

Azərbaycanlılar Ukrayna uğrunda döyüşür, amma…

 
Maraqlıdır ki, eyni vaxtda Ukraynada onlarla azərbaycanlı könüllü olaraq Rusiya işğalçılarına qarşı döyüşür, Ukrayna ordusunda xidmət edir və şəhid olurlar. Elə bu günlərdə gənc tibb personalı olan Əminə Mehdiyeva adlı bir azərbaycanlının Ukrayna uğrunda döyüşlərdə şəhid olduğu xəbəri də yayılıb.

Bununla belə, xüsusi xidmət orqanları milliyətə baxmadan müxtəlif ölkələrdən şəxsləri öz şəbəkələrinə cəlb edə, onları müxtəlif saxta pasportlarla təchiz edib "bir tapşırıq üçün” istifadə edə bilirlər. Yəni "Azərbaycan pasportlu” ifadəsi mütləq etnik mənsubiyyət anlamına gəlmir.

Təhlükə davam edir, yeni sui-qəsdlər istisna deyil

Mütəxəssislər xəbərdarlıq edirlər ki, Rusiya xüsusi xidmətləri Ukraynada terror kampaniyasını genişləndirəcək və yeni killer qruplar göndəriləcək. Ukraynanın digər tanınmış SBU və Silahlı Qüvvələr zabitləri, xüsusilə məhkəmənin ev dustaqlığına buraxdığı polkovnik Roman Çervinski artıq risk altında hesab olunur. Yerli ictimaiyyət onun ev dustaqlığının ləğv olunaraq daha ciddi qorunmasını tələb edir.

Ukrayna cəmiyyəti isə əfsanəvi polkovnik İvan Voroniçin qisasının alınacağına, bu müharibədə düşmənin layiq olduğu cavabı dəfələrlə görəcəyinə inanır. Ukrayna mətbuatı artıq onun ölümündən sonra "Ukrayna Qəhrəmanı” adına təqdim edilməsini də müzakirə edir.

Mənbə: Musavat.com

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->