Azərbaycana gələn turistlər niyə hotellərə deyil, kənd evlərinə üz tutur? (VİDEO)
Azərbaycana gələn turistlərin kirayə ev götürməsində kəskin artım müşahidə olunur.
Xezerxeber.az-ın xəbərinə görə, mütəxəssislər müsbət statisitkanın səbəbini sahibkarların turizm sahəsində inkişafı, bu mənada kirayə verilən kənd evlərinin, a frame tipli evlərin sayının artmasında görür.
Turizm eksperti deyir ki, xüsusilə Hindistandan gələn turistlərin kirayə evlərdə qalma sayı 144 min 408-ə çatıb. Bu göstərici əvvəlki ilə nisbətən 2 dəfə çoxdur. .. Sözügedən evlərin sayının artması isə bazarda rəqabət yaradıb.
Ekspert onu da bildirib ki, yanvar-may aylarında ölkədəki gecələmələrin 32,55 %-i hotellərin, 67,45 %-i isə müxtəlif kateqoriyadan olan evlərin payına düşüb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər