İsmayıllıda mayda itkin düşən 40 yaşlı qadın sosial şəbəkə vasitəsilə tapılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.
O, qeyd edib ki, mayda itkin düşən 1985-ci il təvəllüdlü Elnarə Kərimovanın yeri polis əməkdaşları tərəfindən yeri sosial şəbəkə istifadçilərindən birinin yazdığı rəylə müəyyən olunub.
Qeyd edək ki, İsmayıllı rayon sakini E.Kərimova mayın 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə getmişdi və geri qayıtmamışdı.
Şərhlər