Xəbər lenti

Məşhur aparıcıdan təəccüblü etiraf:
Dünya 11:30 13.07.2025

Məşhur aparıcıdan təəccüblü etiraf: "Kompüterim yoxdur, çünki qorxuram"

"Apple", "Spotify" və "YouTube" kimi platformalarda ən çox dinlənilən podkastlar arasında yer alan və xüsusilə mühafizəkar baxışları ilə tanınan Taker Karlson son proqramında texnologiya ilə bağlı maraqlı bir etiraf edib. 

Qaynarinfo-nun məlumatına görə, "Fox News" kanalının keçmiş aparıcısı Karlson bildirib ki, onun kompüteri yoxdur. Səbəbi isə kifayət qədər diqqətçəkicidir: Karlson, ABŞ kəşfiyyatının kompüterinə uşaq istismarı ilə bağlı materiallar yerləşdirməsindən ehtiyat edir.

Bu səs-küylü açıqlama Karlsonun qonağı Saagar Enjeti ilə birlikdə gündəmi silkələyən Ceffri Epşteyn işi haqqında danışdığı verilişdə səsləndirilib. ABŞ Ədliyyə Nazirliyi son günlərdə Epşteynin həbsxanadakı son anlarına dair təxminən 11 saatlıq təhlükəsizlik kamerası görüntülərini yayımlayıb. Lakin bir dəqiqəlik hissənin itkin olması, komplo nəzəriyyələrinin yenidən alovlanmasına səbəb olub. Nazirlik həmçinin yalnız uşaq istismarı ilə əlaqəli videoların əllərində qaldığını və Epşteynlə əlaqəli önəmli şəxsləri birbaşa ifşa edən başqa sübutların olmadığını qeyd edən rəsmi məktub yayıb.

Karlson isə Ədliyyə Nazirliyinin daha çox məlumat paylaşmamasının iki əsas səbəbi ola biləcəyini bildirib. Onlardan biri sənədlərdə Donald Trampın adının da keçməsi ehtimalıdır. Lakin Karlson Trampın belə bir qalmaqala qarışa biləcək biri olduğunu düşünmədiyini açıq şəkildə ifadə edib: "Nə günahı varsa da, onun bu cür qəribə seksual işlərdən zövq aldığını düşünmürəm.”

İkinci ehtimal olaraq Karlson Epşteynin ABŞ və İsrail kəşfiyyat xidmətləri ilə əlaqəli olduğunu, bu səbəbdən bəzi şəxslərin qorunduğunu iddia edib. Onun qonağı Enjeti də bu iddianı dəstəkləyib və kəşfiyyat orqanlarının qarışdığı uşaq istismarı hallarının sənədlərlə sübuta yetirildiyini irəli sürüb.

Söhbət bu məqamda ikən, Karlson şəxsi həyatı ilə bağlı qeyri-adi bir məlumat paylaşıb: "Əgər səni məhv etmək istəsələr, kompüterinə uşaq pornosu yerləşdirərlər. Buna görə kompüterim yoxdur. Evimdə heç bir kompüter olmasını istəmirəm.” Karlsonun bu açıqlaması bir çoxları üçün paranoya səviyyəsində tədbir kimi görünsə də, onun baxış bucağından ciddi bir təhlükə hissini əks etdirir.

Əlbəttə ki, bu vəziyyət, Karlson kimi media sahəsində aktiv olan biri üçün düşündürücüdür. Artıq ağıllı telefonlar da kompüter kimi funksiyaya malikdir və bu texnologiyalara çıxışı olmayan biri üçün rəqəmsal dünyada mövcudluq göstərmək olduqca çətindir. Karlsonun ağıllı telefon istifadə edib-etmədiyi isə ayrıca maraq doğurur. Əgər o, Mərkəzi Kəşfiyyat İdarəsinin kompüterə qanunsuz məzmun yerləşdirə biləcəyinə inanırsa, eyni şeyin telefona tətbiq olunmayacağını düşünməsi də ziddiyyətli görünür.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->