Xəbər lenti

UEFA Konfrans Liqası:
İdman 09:39 23.07.2025

UEFA Konfrans Liqası: "Zirə" ilk sınağına çıxır

"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün ilk oyununu keçirəcək.

Qaynarinfo xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Bakıda "Hayduk”la üz-üzə gələcək.

Yunanstanlı FIFA referisi Kristos Vergetisin idarə edəcəyi görüş "Neftçi Arena”da, saat 19:30-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Xorvatiyada keçiriləcək.

Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyun

23 iyul
19.30 Zirə (Azərbaycan) - Hayduk (Xorvatiya)
Baş hakim: Kristos Vergetis (Yunanıstan).

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->