ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkof tezliklə yenidən Moskvaya yola düşəcək.
Qaynarinfo xəbər verir ki, onun səfəri haqda ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinqdə elan edib. Trampın sözlərinə görə, Uitkof İsrail səfərini başa vurduqdan sonra diplomatik missiya ilə Moskvaya gedəcək.
"Sonra isə o, inansanız da, inanmasanız da Rusiyaya gedəcək”, – deyə Tramp bildirib.
Ağ Evin rəhbəri xüsusi nümayəndəsinin Rusiya Federasiyasına hansı məsələ ilə bağlı səfər edəcəyini açıqlamayıb. Lakin diqqətçəkəndir ki, bu səfər Trampın Putinə qarşı hədələdiyi sanksiyaların tətbiqindən əvvəl baş tutacaq.
Qeyd edək ki, Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması ilə bağlı Trampın səyləri çərçivəsində mütəmadi olaraq Moskvaya baş çəkir. Təkcə aprel ayında o, ora iki dəfə uçub.
Aprelin əvvəlində Vladimir Putinlə keçirilən danışıqlardan sonra Uitkof bəyan etmişdi ki, Ukrayna üzrə sülh sazişi beş Ukrayna ərazisi ilə bağlı məsələnin həllini nəzərdə tutacaq.
Həmin vaxt Tramp bildirmişdi ki, sülh danışıqlarında əhəmiyyətli irəliləyiş əldə olunub.
Daha sonra ABŞ-ın xüsusi nümayəndəsi 24 aprel tarixində də Moskvaya səfər etmişdi. O zaman da Putinlə görüşmüşdü. Bundan sonra isə nümayəndənin səfərlərində müəyyən fasilə yaranmışdı.
Alpər
Şərhlər