Xəbər lenti

Media Reyestrində olmayan çap mediası subyektlərinin beş min manatadək cərimələnməsi təsdiqləndi
Ölkə 13:57 01.08.2025

Media Reyestrində olmayan çap mediası subyektlərinin beş min manatadək cərimələnməsi təsdiqləndi

Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5 min manatadək cərimələnəcək.

Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyev Mülki, İnzibati Xətalar məcəllələrində, "Media haqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliklə Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinin çap mediası məhsulunun, həmin subyekt, nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımına görə fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğədək cərimə ediləcək.

Yayıcı dedikdə nəşriyyatla və ya (naşirlə) müqavilə bağlamaqla yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını və satışını həyata keçirilən fiziki və hüquqi şəxs başa düşülür.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->