"Neftçi” "Araz-Naxçıvan"dan İqor Ribeyronu transfer edib.
Qaynarinfo xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı müdafiəçi ilə müddəti 2 il olan anlaşma imzalanıb.
Qeyd edək ki, Naxçıvan klubu ilə razılaşmaya əsasən, İ.Ribeyro UEFA Konfrans Liqasının ilk mərhələsindəki oyunlarından sonra "Neftçi”yə qoşulacaq. 28 yaşlı futbolçu ilə müqavilə avqustun 1-də qüvvəyə minəcək.
Şərhlər