Çin dil modeli "DeepSeek" Amerikan nəhəngi ChatGPT-ə aktiv rəqabət göstərir. Səmavi İmperiyadan olan bu inkişaf hətta "OpenAI" layihəsinin süni intellekt sahəsindəki nüfuzunu sarsıda bilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Wall Street Journal" yazıb.
Nəşr orqanı proqnozlaşdırır ki, "DeepSeek"in artan populyarlığı böyük dil modelləri tərtibatçıları arasında başlanacaq texnoloji yarış üçün zəmin yarada bilər.
Belə ki, Avropa, Afrika, Asiya və Yaxın Şərqdə çoxsaylı banklar və universitetlər artıq "DeepSeek"i üstün tutur, onu ChatGPT-ə alternativ kimi seçirlər.
WSJ misal kimi Böyük Britaniyanın iki ən böyük bankı olan HSBC və "Standard Chartered"i göstərir. Bu banklar artıq öz fəaliyyətlərində neyron şəbəkə modellərinin daxili sınaq testlərini başladıblar və yenə də bunun üçün "DeepSeek"i seçiblər.
Başqa bir nümunə — dünya neft ehtiyatının təxminən 12%-ə sahib olan "Saudi Arabian Oil Group"dur (Saudi Aramco). Şirkət bu ilin fevralında l infrastrukturasının inkişafına təxminən 15 milyard dollar sərmayə qoyub və məlumatların emal edilməsi üçün əsas mərkəzinə "DeepSeek" quraşdırıb.
"Saudi Aramco"nun prezidenti Əmin Nəsserin sözlərinə görə, "DeepSeek" şirkətə proseslərin optimallaşdırılmasında və iş üçün lazım olan resursların azaldılmasında çox böyük kömək göstərib.
"Financial Times" izah edir ki. "DeepSeek" gəlirdən imtina edərək yeniliyə arxalanır və bununla da tez bir zamanda ChatGPT-yə çatıb.
Bundan əlavə, bu günlərdə "DeepSeek"in təkmilləşdirilmiş versiyası buraxılıb. O, ChatGPT və "Gemini" ilə eyni səviyyədədir. Tərtibatçılar hallüsinasiyaların sayını azaldıb, performansı və interfeysi yaxşılaşdırıblar.
Aydın
Şərhlər