Xəbər lenti

Dalay Lamadan sonra Tibet Buddiziminin aqibəti necə olacaq? - Özü danışdı
Dünya 18:47 02.07.2025

Dalay Lamadan sonra Tibet Buddiziminin aqibəti necə olacaq? - Özü danışdı

Tibetin ruhani lideri Dalay Lama bu titulun son sahibi olacağı ilə bağlı müzakirələrə son qoyaraq, Buddizm ənənəsinin ölümündən sonra da davam edəcəyini bəyan edib.

Qaynarinfo xəbər verir ki, dini tədbir zamanı çıxış edən Dalay Lama Tibet Buddizminin Buddizm ənənəsinin bir parçası kimi qəbul edilməli olduğunu vurğulayıb.

Dalay Lama ölümündən sonra "reenkarnasiya" (yenidən doğuş) yolu ilə varlığını davam etdirəcəyini və beləliklə Buddizm ənənəsinin də yaşayacağını bildirib. Bununla o, Tibetin ruhani lideri titulunun son sahibi olacağına dair sualları cavablandırmış olub.

Ruhani lider özündən sonra xələfinin müəyyənləşməsi prosesinə isə "heç kimin qarışmaması" lazım olduğunu qeyd edib.

Himalay dağlarının şimalında yerləşən və 2,5 milyon kvadratkilometr ərazini əhatə edən Tibet platosu dəniz səviyyəsindən orta hesabla 4 min 380 metr yüksəklikdə yerləşdiyi üçün "dünyanın damı" adlandırılır. Tarix boyu yarıköçəri həyat tərzi sürən Tibet xalqının vətəni olan bu ərazi 1951-ci ildə imzalanan "17 maddəlik razılaşma" ilə Çin Xalq Respublikasının nəzarətinə keçib. Pekin rəhbərliyi bu prosesi "Tibetin dinc yolla azad edilməsi" kimi qiymətləndirir.

Tibetin ruhani lideri Dalay Lama 1959-cu ildə baş tutmayan müstəqillik yönümlü üsyandan sonra regionu tərk edib və Hindistanın şimalındakı Dharamsala şəhərində sürgündəki Tibet parlamenti və hökumətini qurub.

Çin hökuməti sürgündəki Tibet rəhbərliyini tanımır və 2010-cu ildən bəri Dalay Lamanın nümayəndələri ilə heç bir təmasda olmayıb. Pekin Tibetin XIII əsrdən bəri Çinin ayrılmaz parçası olduğunu və ayrıca bir mövcudluğunun olmadığını iddia edərək sürgündəki hökuməti separatçılıqda ittiham edir. Dalay Lama və tərəfdarları isə Tibetin tarix boyu böyük ölçüdə faktiki müstəqil olduğunu bildirirlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->