Xəbər lenti

Sertifikasiya imtahanından keçmək üçün vasitəçi axtaran tibb bacısı dələduzluqla üzləşdi
Ölkə 18:23 02.07.2025

Sertifikasiya imtahanından keçmək üçün vasitəçi axtaran tibb bacısı dələduzluqla üzləşdi

Ağcəbədi Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsindən çıxarılan şəxs yenidən işə düzəlmək istəyərkən dələduzluqla üzləşib. 

Qaynarinfo xəbər verir ki, H.Hüseynova 15 il Ağcəbədi Rayon Mərkəzi Xəsətənasında tibb bacısı işləyib. 2023-cü ildə xəstəxanaın rəhbəriliyi onu çağıraraq 6 ay müddətinə işdən çıxarıldığını bildirib. Həmçinin onun diqqətinə çatdırılıb ki, işinə bərpa olunmaq istəyirsə, 6 ay müddətində sertifikasiya imtahanından keçərək diplomunu təsdiq etdirsin. 

H.Hüseynova sertifikasiya imtahanında müsbət nəticə əldə etmək üçün vasitəçi axtarıb və qaynının vasitəsilə R.Məlikli adlı bir xanımla tanış olub.
Həmin xanım ona bu işdə kömək edəcəyini deyib. Təbii ki, R.Məliklinin köməyi təmənnasız olmayıb. O, H.Hüseynovadan 9000 manat pul alıb. Lakin R.Məlikli verdiyi vədi yerinə yetirməyib. 

Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. R.Məlikli saxlanılıb və daha sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinin məhkəmə istintaqı Ağcəbədi Rayon Məhkəməsində aparılıb. R.Məlikli verilmiş ittiham üzrə özünü təqsirli bilib. O əlavə edib ki, dəymiş zərəri tam olaraq ödəyib. 

Məhkəmənin hökmü ilə R.Məlikliyə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun həbsdə saxlanıldığı 6 ay 21 gün müddət 1 günə 2 gün hesabı ilə verilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 10 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->