"Vəsiyyət etmişdi ki, mənə ehsan verməyin".
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Nadir Qafarzadə qayınanasının vəsiyyətindən danışarkən deyib.
Sənətçi qayınanasının vəsiyyətlərini yerinə yetirəcəyini bildirib:
"Evləri Sumqayıt tərəfdədir. Orda həyət evləri çoxdur, hamı bir-birini tanıyır. Qonşularının kasıblığından, əziyyət çəkdiyindən danışardı. Vəsiyyət etmişdi ki, öləndə ehsan verməyək, ət alıb, qonum-qonşuya, ehtiyacı olanlara paylayaq. Əsas onların evlərində bir neçə gün qazan qaynasın. Mən də elə etdim. Ət alıb apardıq, hər ailəyə ehsan verdik. Bir də uşaq evlərinin birinə baş çəkdik".
Nadir Qafarzadə onun bu addımının təkrarlanmasnı arzulayır:
"Yas yasdır, fərqi yoxdur onu evlərə verdin, ya mərasim evlərində. Amma belə olanda imkansız ailələrin bir neçə günlük ehtiyacı qarşılanır".
Qeyd edək ki, müğənni Nadir Qafarzadənin qayınanası Südabə xanım 81 yaşında vəfat edib.
Bahar Rüstəmli
Şərhlər