Xəbər lenti

Sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
Ölkə 21:28 11.07.2025

Sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilb ki, qaz təchizatı şəbəkəsində itkilərin qarşısının alınması məqsədilə qaz təchizat mənbəyi Mingəçevir qazpaylayıcı stansiyası (QPS) "Mingəçevir 1-ci xətt" ölçü qovşağından qidalanan Mingəçevir şəhərində Kür çayının sol sahilində yerləşən kollektordan H.Əliyev prospekti, məcburi köçkün qəsəbəsinə qədər olan d-219 mm-lik L=5600 p/m yerüstü ortatəzyiqli daşıyıcı qaz xəttinin kompressor (1 atm) vasitəsilə kipliyi sınaq ediləcək.
Bu məqsədlə iyulun 15-də saat 10:00-dan sınaq işləri başa çatanadək Mingəçevir şəhərində 12 küçədə 3 200 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->