2025-ci ilin əvvəlindən bəri Syerra-Leonedə meymunçiçəyi virusuna yoluxma hallarının sayı 1140-a çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Aprelin sonunda rəsmi mənbələr yanvar ayından etibarən 763 yoluxma halının qeydə alındığını bildirirdi. Lakin ölkənin səhiyyə nazirliyinin son açıqlamasına əsasən, yoluxma hallarında kəskin artım müşahidə olunub.
"2025-ci ilin əvvəlindən bu günədək Syerra-Leonedə 1140 meymunçiçəyi yoluxması qeydə alınıb", deyə xəbərdə qeyd olunub.
Məlumata görə, xəstəlik nəticəsində 9 nəfər həyatını itirib.
Bundan əvvəl Çinli alimlər Şanxay Elm və Texnologiya Universitetində apardıqları araşdırmalar zamanı virusun zəif nöqtəsini müəyyən edərək, yeni və güclü inhibitorlar hazırlayıblar. Tədqiqat qrupu əsas proteaza (CorePro) adlı fermentə fokuslanıb. Bu ferment "molekulyar qayçı" kimi fəaliyyət göstərir və onun bloklanması virusu funksiyasız komponentlər toplusuna çevirir.
Alimlər CorePro ilə effektiv şəkildə birləşə bilən və onun fəaliyyətini dayandıran birləşmələr hazırlayıblar. Bu maddələr, potensial olaraq, təhlükəli viruslar ailəsinə qarşı da faydalı ola bilər.
Xatırladaq ki, bir müddət əvvəl alimlər meymunçiçəyinin ciddi qlobal təhlükəyə çevrilə biləcəyini bildirmişdilər.
Aydın
Şərhlər