Xəbər lenti

Bakıda yeni hava limanı bu tarixdə fəaliyyətə başlayacaq
Ekonomiks 13:06 02.07.2025

Bakıda yeni hava limanı bu tarixdə fəaliyyətə başlayacaq

Ələt Azad İqtisadi Zonasında multimodal karqo hava limanının inşası ilə bağlı investorlarla razılaşmışıq. Bu layihənin icrasına artıq başlanılıb və 2026-cı ildə fəaliyyətə başlaması gözlənilir.

Bu barədə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədr müavini İsmayıl Manafov Şuşada keçirilən 6-cı ECO biznes-forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hava limanı illik 500 min ton yükaşırma potensialına malikdir və rəqəm 2 milyon tona qədər artacaq.

"Əsas məqsəd investorları cəlb etmək və ixracı inkişaf etdirməkdir. Ələt İqtisadi Zonasında bu il iki fabrik açacağıq. On şirkət artıq qeydiyyatdan keçməkdədir”, - deyə İsmayıl Manafov qeyd edib.//Operativmedia

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->