Xəbər lenti

Ölkə 11:27 18.07.2025

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu - SƏBƏB

Müğənni Elçin Göyçaylı həbs olunub.

Axşam.az-ın məlumatına görə, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.

Araşdırma zamanı onun sərxoş halda avtomobil idarə edərək manevr qaydalarını pozduğu müəyyənləşib. Müğənniyə 15 gün müddətinə inzibati həbs cəzası verilib. 

Qeyd edək ki, E.Göyçaylı bir neçə mahnı müəllifidir. O, daha çox "Nə oldu, Paşinyan?” ifası ilə məşhurdur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->