Xəbər lenti

Azərbaycan XİN Pakistana hərbi hücumları pislədi, həmrəylik ifadə etdi
Siyasət 10:51 07.05.2025

Azərbaycan XİN Pakistana hərbi hücumları pislədi, həmrəylik ifadə etdi

Azərbaycan Respublikası Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirir.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Hindistan və Pakistan arasında gərginliyin artması ilə bağlı bəyanatında bildirilir.

"Pakistan İslam Respublikasına qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyirik. Pakistan xalqı ilə həmrəy olaraq, günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik.

Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq", - bəyanatda deyilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->