Xəbər lenti

Video 12:27 28.08.2025

"Qürurlu ata kimi hiss edirəm" - Məşhur klubdan "Qarabağ"a təbrik (VİDEO)

Portuqaliyanın "Braqa” klubu "Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması ilə bağlı maraqlı təbrik ünvanlayıb. 

Bu barədə klubun rəsmi "TikTok” hesabında paylaşım edilib. 

Paylaşımda məşhur filmdən ağlama səhnəsi paylaşılıb və bu sözlər yazılıb: "Qarabağ”ın UEFA Çempionlar Liqasına yüksəlməsini izləyən qürurlu ata kimi hiss edirəm”. 

Videonun açıqlama hissəsinə isə "sizin üçün xoşbəxtik, uşaqlar. Uzun bir yol qət etdik”,- sözləri əlavə olunub.

Bu da izləyicilər tərəfindən maraqla qarşılanıb. Onlar rəqibin hələ də "Qarabağ”ı unutmadığını qeyd ediblər. 

Xatırladaq ki, ötən il "Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində "Braqa”nı ümumi 6:5 hesabı ilə məğlub edərək, 1/8 finala adlamışdı. //Qafqazinfo

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->