Xəbər lenti

Çempionlar Liqası:
İdman 09:17 28.08.2025

Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bu gün bəlli olacaq

"Ferentsvaroş"u (Macarıstan) mübarizədən kənarlaşdırmaqla UEFA Çempionlar Liqasında Liqa mərhələsinə adlayan "Qarabağ"ın rəqibləri bu gün bəlli olacaq.

Qaynarinfo xəbər verir ki, yarışın Liqa mərhələsinin püşkü Monako şəhərində atılacaq.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Tədbirdə "Qarabağ" klub rəhbərliyi səviyyəsində təmsil olunacaq.

Liqa mərhələsində "Qarabağ"ın səkkiz rəqibi olacaq. Ağdam təmsilçisi oyunlardan dördünü evdə, dördünü isə səfərdə keçirəcək.

Xatırladaq ki, ÇL-in əsas mərhələsində 36 komanda iştirak edəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->