Xəbər lenti

NFL-in ən kök oyunçusu artıq çəkiyə görə komandadan qovuldu
İdman 23:43 26.08.2025

NFL-in ən kök oyunçusu artıq çəkiyə görə komandadan qovuldu

ABŞ Milli Futbol Liqasında (NFL) çıxış edən "Tampa Bay Buccaneers" klubu yeni transfer etdiyi Desmond Uotsonla müqaviləni ləğv edib. 

Qaynarinfo xəbər verir ki, buna səbəb oyunçunun 204 kiloqrama çatan çəkisi və rəhbərliyin arıqlama tələblərinə əməl etməməsi olub.

Uotson komanda ilə üçillik, ümumi dəyəri 3 milyon dollara qədər olan müqavilə imzalamışdı. Lakin bu məbləğin yalnız 70 min dolları zəmanətli idi. Oyunçu rəsmi matçda iştirak etsəydi, NFL tarixinin ən ağır oyunçusu olacaqdı. Hazırkı rekord 172 kiloqram çəki ilə Trent Braun və Deniel Faalelenə məxsusdur.

Buna baxmayaraq, klub ehtiyat heyətində Uotsonu saxlaya bilər. Bu halda o, mövsüm ərzində ən çox üç oyuna çıxa biləcək. Baş məşqçi Todd Bouls gələcəkdə oyunçu ilə işləmək şansına ümid etdiyini bildirib.

Hazırda Desmond Uotson NFL tarixində meydançaya çıxmadan ən ağır idmançı kimi qalır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->