"Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhəlsində həlledici matça çıxacaq.
Qaynarinfo xəbər verir ki, Ağdam klubu Bakıda Macarıstan təmsilçisi "Ferentsvaroş”u qəbul edəcək.
Tərəflər arasında Macarıstanda baş tutan ilk görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə nəticələnib.
Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də startı veriləcək qarşılaşmanı fransalı FIFA referisi Kleman Tyurpen idarə edəcək.
Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən qalib gələn komanda UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi
Cavab oyunu
27 avqust
20.45 Qarabağ (Azərbaycan) - Ferensvaroş (Macarıstan) 2:1
Qollar: Leandro Andrade, 25. Abdullah Zubir, 45 - Lenni Jozef, 12.
Qarabağ: 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 35. Bedro Bikalyo, 8. Marko Yankoviç, 20. Kadi Borges, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt.
Baş məşqçi: Qurban Qurbanov.
Ferentsvaroş: 90. Denes Dibuş, 47. Kallum Odovda, 28. Toon Raemaekers, 27. İbrahim Sisse, 25. Sebrails Makrekis, 5. Nabi Keyta, 23. Bence Ötvös, 10. Conatan Levi, 75. Lenni Jozef, 36. Qabi Kaniçovski, 19. Barnabas Varqa
Ehtiyat oyunçular: 99. Qrof, 3. Qartenmann, 7. Arzani, 8. Peşiç, 16. Zakariassen, 21. Botka, 22. G. Szalai, 30. Qruber, 33. Kadu, 64. A. Tof, 72. Madaraş, 77. Nagi.
Baş məşqçi: Robbi Kin.
Hakimlər: Kleman Tyurpen, Nikolya Danos, Aleksis Auqer, Romen Lissorq (Fransa).
VAR: Jerom Brisar (Fransa).
AVAR: Nikolas Renvil (Fransa).
Tofiq Bəhramov adına Respublika Stadionu.
Şərhlər