Xəbər lenti

İdman 12:21 01.02.2025

"Zirə"də iki yeni müqavilə

"Zirə” iki futbolçusu ilə müqavilə müddətini artırıb.

Qaynarinfo xəbər verir ki, "qartallar” Salifu Suma və İssa Cibrilla ilə yeni sözləşmə imzalayıb.

Yeni müqaviləyə əsasən hər iki futbolçu 2027-ci ilin yayında qədər paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

İssa Cibrilla 2022, Salifu Suma isə 2023-cü ildən "Zirə”nin formasını geyinir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->